Rafael Fiziyev: "Döyüşdə keçmiş təcrübələrimdən yararlanacağam"

post-img

Azərbaycan təmsilçisi Rafael Fiziyev Bakıda keçiriləcək UFC turniri öncəsi çıxış edərək qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşüb və təcrübəsinə güvəndiyini vurğulayıb.

Mətbuat konfransında danışan döyüşçü bildirib ki, karyerası boyunca qazandığı təcrübə bu qarşılaşmada əsas üstünlüklərindən biri olacaq. Rəqibinin fiziki üstünlüklərinə də toxunan Fiziyev döyüş planını açıqlayıb: "UFC-də çox döyüş keçirmişəm. Karyeramda təcrübəmdən yararlanacağam. Öz güclü tərəflərimdən onun zəif cəhətləri üçün istifadə edəcəyəm. Beş raund döyüşmək daha yaxşıdır. Şənbə günü daha həyəcanlı olacaq. Həm psixoloji, həm də taktiki cəhətdən döyüşə hazıram".

Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Gecənin əsas qarşılaşmasında Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.

Tacir SADIQOV 
XQ

İdman