Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən XQ-yə verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun iyunun 25-də Qdansk şəhərində Ukrayna Bərpa Konfransında iştirakı və bir sıra yüksəksəviyyəli rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Siyasət