Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə əvvəllər məhkum olunmuş 46 yaşlı Eldəniz Abdullayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən ümumilikdə 4 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Bundan əlavə, dünən polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş ümumi çəkisi 6,8 tondan artıq 7711 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
P.ƏMİRCANOV
XQ