Ötən gün itkin düşən 14 nəfər tapılıb

post-img

Ötən gün itkin düşmüş 14 nəfər aşkarlanaraq təhvil verilib.

XQ xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Tacir SADIQOV
XQ 

Hadisə