Füzulidə yanğın törədən məsuliyyətə cəlb olunub

post-img

Sentyabr ayının 4-də Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

P.ƏMİRCANOV
XQ

Hadisə