DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda talama cinayətləri qeydə alınıb.
Sabunçu qəsəbə sakininə məxsus evdən 3780 manat dəyərində təmir-tikinti alətləri, Maştağa qəsəbəsində isə bir avtomobildən 300 manat pul oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Nağıyev və 38 yaşlı Ə.Mürsəlbəyov saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
XQ