Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“Culfa” gömrük postunda ölkəmizdən tranzit keçməklə İrandan Polşaya "plastik üzlük lövhələr” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki plastik üzlük panellərin içərisinə malların aşkarlanmasını çətinləşdirən üsullardan istifadə edilməklə yerləşdirilərək sıxışdırılmış 780 ədəd paketdə, ümumi təmiz çəkisi 39 kiloqram 315,246 qram xüsusilə külli miqdarda narkotik vasitə - heroin aşkar edilib.
XQ




