Aralıq dənizində qayıq qəzası: 17 qaçqın həlak olub

post-img

Aralıq dənizində qayıqlarının sıradan çıxması nəticəsində azı 17 miqrant ölüb, doqquz nəfər itkin düşüb. Gəmi aşkarlanmadan əvvəl səkkiz gün üzüb. 

Bu barədə “Reuters” məlumat verib. 

Liviya Qızıl Aypara Cəmiyyəti və təhlükəsizlik xidmətlərinin məlumatına görə, yeddi sərnişin sağ qalıb. Onlar ölkənin şərqində, Misirlə sərhədə yaxın Tobruk şəhəri yaxınlığında könüllülər və sahil mühafizəsi tərəfindən xilas ediliblər. 

İtkin düşənlərin cəsədlərinin yaxın günlərdə sahilə çıxacağı gözlənilir.

“Reuters” qeyd edir ki, Liviya Afrika ölkələrindəki münaqişə və yoxsulluq səbəbindən səhra və dənizdən keçərək Avropaya gedən miqrantlar üçün tranzit yolu olaraq qalır.

P.ƏMİRCANOV
XQ

Dünya