Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

post-img

2025-ci ildə Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 6,31 faiz azalaraq 36 milyon 306,2 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən XQ-yə bildirilib ki, nəqletmənin 74,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və il ərzində bu kəmərlə neft nəqli 7,77 faiz azalaraq 27 milyon 179,2 min ton olub.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,8 faizini və ya 23056,9 min tonunu Azərbaycanda hasil edilən neft, 15,2 faizini və ya 4122,3 min tonunu isə Türkmənistan və Qazaxıstan Qazaxıstandan daxil olan neft təşkil edib.

İqtisadiyyat