Astanada Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev və Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov arasında görüş keçirilib.
Görüşdə Türk ölkələri arasında elmi və mədəni əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulanıb, tərəflər əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Görüş zamanı Akademiya tərəfindən qazax dilində nəşr olunmuş “Azərbaycanın Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili” kitabı Azərbaycan səfirliyinə təqdim edilib.
Nəşrdə 44 günlük İkinci Qarabağ müharibəsinin sənədli xronikası əhatə olunub və Azərbaycan xalqının ədalətli mübarizəsi hərtərəfli şəkildə işıqlandırılıb.
Kitabda Azərbaycanın tarixi qələbəsinin geosiyasi nəticələri, eləcə də Prezident İlham Əliyevin müharibədən sonrakı Qarabağ bölgəsinin sosial-iqtisadi bərpası və inkişafına yönəlmiş strategiyası xüsusi qeyd olunub.
Qabil YUSİFOĞLU
XQ

