Slovakiyada avarçəkmə “qızıl”ı

post-img

Avarçəkmə üzrə Azərbaycan komandası Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə keçirilən 38-ci beynəlxalq “Bratislava reqatası” turnirində daha bir qızıl medal qazanıb.

Yığmanın üzvü Tatyana Smilovenko 500 metr məsafədə bütün rəqiblərini üstələyərək 1-ci yeri tutub. İdmançı bundan əvvəl birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə də rəqiblərini üstələyib.

Xatırladaq ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə təmsilçilərimizdən Əlimurad Hacızadə kayak qayığında 200 metr məsafə üzrə gümüş medala yiyələnib.

L.QURBANOVA
XQ

 

İdman