MOK gənc olimpiyaçıları dəyərləndirdi

post-img

“Azərbaycan komandası üçün Olimpiya Festivalında qazanılan nəticəni qənaətbəxş hesab edirik. Amma düşünürük ki, nəticə bundan da yaxşı ola bilərdi”.

Bu sözləri mətbuata açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) İdman idarəsinin müdiri Həsənağa Rzayev Şimali Makedoniyanın Skopye, Kumanov və Xorvatiyanın Osiyek şəhərlərində keçirilən XVIII Avropa Gənclər Olimpiya Festivalını (EYOF) 10 (3 qızıl, 3 gümüş, 4 bürünc) medalla başa vuran Azərbaycan idmançılarının çıxışlarını dəyərləndirərkən deyib.

Qeyd edək ki, “Skopye-2025”də Avropanın 50 ölkəsindən 14-18 yaşarası 4 mindən çox idmançı 15 növ üzrə mübarizə aparıb. Festivalda Azərbaycan komandası ümumilikdə 10 idman növündə 52 (28 oğlan, 24 qız) idmançı ilə təmsil olunub.

M.HACIXANLI
XQ

 

İdman