Çimərlik futbolu üzrə Azərbaycan millisi Türkiyədə toplanış keçəcək

post-img

İtaliyanın Viareccio şəhərində keçiriləcək Avropa çempionatının (EBSL) final mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandası Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Bu barədə AZƏRTAC-a yığmanın baş məşqçisi Sahib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, komanda sentyabrın 1-dən 7-dək Alanya şəhərində hazırlıq keçəcək.

Qeyd edək ki, B Liqasının A qrupunda yer alan Azərbaycan seçməsi Belçika və Litva ilə qarşılşacaq. Final mərhələsində B Liqası hərəsində 3 komanda olmaqla iki qrupdan ibarət təşkil olunacaq. Qruplarda ilk iki yeri tutacaq komandalar sentyabrın 13-də yarımfinalda qarşılaşacaqlar. Sentyabrın 14-də isə final və 3-cü yer uğrunda görüşlər keçiriləcək.

İdman