Borçalı balası FLEX proqramının qalibi olub

post-img

Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin daimi fəal şagirdi, mərkəzin nəznində olan Qardabani Gənclər Klubunun üzvü və Qardabani 3 nömrəli ictimai məktəbinin şagirdi Səmərqənd Pərviz qızı Həşimova beynəlxalq  “Gələcək Liderlər Mübadiləsi” – FLEX proqramının qalibi olub! 

Mərkəzin rəhbəri Çiçək Hüseynova bildirib ki, Səmərqənd Həşimova Borçalı (Kvemo Kartli) bölgəsi üzrə seçilmiş yeganə azərbaycanlı şagirddir. O, dərslərində göstərdiyi yüksək nəticələri, fəallığı və bacarığı ilə hər zaman seçilən şagirdlərdən biri olub. Onun bu uğuru həm mərkəz, həm də bütün bölgə üçün böyük sevincdir.

FLEX proqramı ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunur və qalib şagirdlər 1 il müddətində ABŞ-da təhsil alaraq liderlik bacarıqlarını inkişaf etdirirlər. Səmərqənd də bu ilin iyul ayında Vaşinqtona gedəcək.

Qardabani Təhsil və İnteqrasiya Mərkəzi Səmərqəndi ürəkdən təbrik edir, ona gələcək təhsilində və həyatında daha böyük uğurlar arzulayır!

P.ƏMİRCANOV
XQ

 





Elm