Hər hansısa bir sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu, artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücülərə müraciətində bildirilir.
Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaradır.
Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonu, Aeroport şosesində baş verən bu qəzada olanlar da belə sürücülərə aiddir.
P.ƏMİRCANOV
XQ

