“Kayrat”dan əzmkar qələbə

post-img

Cari mövsüm Çempionlar Liqasının qrup mərhələsində 3 yeni komanda iştirak edəcək. Avqustun 26-da keçirilən cavab qarşılaşmasında “Kayrat” (Qazaxıstan) “Seltik” Şotlandiya üzərində (3:2) qazandığı qələbə sayəsində Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.

Qazaxıstan təmsilçiləri ilə bərabər “Pafos” (Kipr) və “Budyo-Qlimt” (Norveç ) kollektivləri də tarixlərində ilk dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanıblar. Onlar müvafiq olaraq, “Srvena Zvezda” (Serbiya) və “Şturm Qrats”ı (Avstriya) mübarizədən kənarlaşdırıblar.

Qabil YUSİFOĞLU
XQ

İdman