“France football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi bəlli olub. Mükafatı Fransa yığmasının və PSJ klubunun hücumçusu Usman Dembele əldə edib.
Mərasimdə PSJ (Fransa) ilin ən yaxşı klubu, Luis Enrike (PSJ-nin baş məşqçisi) ən yaxşı məşqçisi, “Barselona” komandasının üzvü Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu adına, “Mançester Siti”nin italiyalı qapıçısı Canluici Donnarumma isə “Lev Yaşin” mükafatına layiq görülüb.
Qadınlarda isə “Qızıl top” ardıcıl üçüncü dəfə İspaniya yığmasının və “Barselona”nın üzvü Aitana Bonmatiyə təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ