Bakıda fiqurlu konkisürmə üzrə Qran-Pri

post-img

Bakıda keçirilən yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turnirinin açılış mərasimi olub. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil edilən mərasimdə Azərbaycan Qış İdmanı Növləri Federasiyasının prezidenti Fuad Nağıyev çıxış edərək qonaqları salamlayıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra gənclər və idman naziri Fərid Qayıbov bu cür idman turnirlərinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb, son dövrlərdə qış idmanı növlərinə marağın artdığını vurğulayıb.

Daha sonra yarış açıq elan edilib.

Qeyd edək ki, Qran-Pri sentyabrın 26-da başa çatacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman