Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışın təsnifat mərhələsinə yekun vurulub.
XQ xəbər verir ki, fərdi proqramda təsnifat mərhələsində ölkəmizi qadınlar arasında Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Mehdi Əliyev, Nicat Mirzəyev, Hüseyn Abbasov və Maqsud Mahsudov təmsil ediblər.
Təsnifat mərhələsinin yekun nəticələrinə əsasən, Azərbaycan yığmasının 4 üzvü finala yüksəlib. Qadınlar arasında Selcan Mahsudova, kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn Abbasov və Maqsud Mahsudov həlledici mərhələyə vəsiqə qazanıblar. Eyni zamanda, qadınlardan ibarət komanda da finala yüksəlib.