TTK-də lider universitetlərin adları açıqlanıb

post-img

Təhsil tələbə kreditləri üzrə ən yüksək göstəricilərə malik ali təhsil müəssisələrinin adları açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan XQ-yə bildirilib ki, ən çox təhsil tələbə krediti rəsmiləşdirilən ali məktəblər sırasında Azərbaycan Dövlət İqtisad Universiteti birinci yerdə qərarlaşıb. Universitet üzrə ümumilikdə 4795 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Rəsmiləşdirilən kreditlərin 3727-si standart, 1068-i isə sosial kateqoriyaya aiddir. Kreditlərin maliyyələşdirilməsi üçün 5,9 milyon manat vəsait ayrılıb. Ümumilikdə 81 kredit müqaviləsinə 25 faiz, 26 kredit müqaviləsinə isə 50 faiz güzəşt tətbiq edilib.

Gəncə Dövlət Universitetində 4086 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Kreditlərin 2551-i standart, 1535-i sosial kateqoriyaya daxildir. Kreditlərin maliyyələşdirilməsi üçün 2,9 milyon manat vəsait ayrılıb. 63 kredit müqaviləsinə 25 faiz, 27 kredit müqaviləsinə isə 50 faiz güzəşt olunub.

Azərbaycan Texniki Universiteti üzrə 3603 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib.Rəsmiləşdirilən kreditlərin 2439-u standart, 1164-ü sosial kateqoriyaya aiddir. Kreditlərin maliyyələşdirilməsi üçün 3,4 milyon manat vəsait ayrılıb. 169 kredit müqaviləsinə 25 faiz, 72 kredit müqaviləsinə isə 50 faiz güzəşt olunub.

Bakı Dövlət Universitetində 3445 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib. Kreditlərin 2458-i standart, 987-si sosial kateqoriyaya daxildir. Kreditlərin maliyyələşdirilməsi üçün 3,9 milyon manat ayrılıb. 354 kredit müqaviləsinə 25 faiz, 136 kredit müqaviləsinə isə 50 faiz güzəşt tətbiq edilib.

Təhsil