Türkiyənin İstanbul şəhərində Ruhi Sarıalp Beynəlxalq Tullanmalar Kuboku keçirilib.
Yarışda U-20 kateqoriyasında uzunluğa tullanma növündə mübarizə aparan Azərbaycan təmsilçisi Abdulla Əliyev uğurlu nəticə ilə yadda qalıb.
Atletimiz 6.75 metr göstərici ilə bütün rəqiblərini geridə qoyaraq beynəlxalq yarışın qalibi olub.
Qabil YUSİFOĞLU
XQ

