Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, qurumun təşkilatçılığı ilə növbəti “ustad dərsi” keçirilib. 14, 16 və 18 yaşlılar arasında dünya çempionatında iştirak edəcək şahmatçılar üçqat Avropa çempionu, milli komandanın üzvü Rauf Məmmədovla görüşüblər.
Yarışlara hazırlıq barədə danışan R.Məmmədov müxtəlif partiyaları təhlil edərək, sonda şahmatçıların suallarına cavab verib.
Kişi şahmatçılardan ibarət Azərbaycan yığması Gürcüstanda keçiriləcək komandalar arasında Avropa çempionatında iştirak edəcək.
Qabil YUSİFOĞLU
XQ