Tərtərdə 400 Eldar şamı əkilib

post-img

Tərtər şəhərində növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı Elman Səfərov küçəsində 400 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Xatırladaq ki, Eldar şamı Azərbaycanın III dövr relikt bitkisi olub, təbii halda yalnız Eldar düzünün qərb hissəsində Qabırrıçayın sağ sahilində, eləcə də Gəncədə Ellər oyuğunda yayılmış nadir ağac növüdür. Eldar şamının hündürlüyü 20 metrə çatır, düz gövdəli və geniş çətirlidir. Yarpaqlarında C vitamini və karotin var. 

Eldar şamından bir çox digər növ şam ağaclarının bitmədiyi rayonlarda yaşıllaşdırma məqsədi ilə istifadə olunur.

XQ

Sosial həyat