Azərbaycan Respublikası Prezidentinin Fərmanı

post-img

“Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il fevralın 11-də Sofiya şəhərində imzalanmış “Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində “Şuşa Parkı”nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 may 2026-cı il

Fərmanlar