Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində energetika naziri Pərviz Şahbazovla Pakistanın iqlim dəyişikliyi və ətraf mühitin əlaqələndirilməsi məsələləri üzrə federal naziri Musadik Masud Malik arasında görüş keçirilib.
XQ xəbər verir ki, görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq və yüksək siyasi münasibətlərin enerji sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb. Pakistanla energetika sahəsində əməkdaşlığın inkişafı istiqamətində gündəlikdə olan məsələlər nəzərdən keçirilib.
Elektrik enerjisinə artan tələbat, enerji mənbə və marşrutlarının strateji əhəmiyyətinin güclənməsi fonunda Azərbaycanın Avropa, Türkiyə, Mərkəzi Asiya ilə həyata keçirdiyi elektrik enerjisi interkonnektorları, həmçinin Zəngəzur dəhlizi ilə bağlı fikir mübadiləsi aparılıb.
Söhbət zamanı “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərə də toxunulub.



