"AzərEnerji" və "Azərişıq" WUF13-də iki mühüm nəşrin təqdimatını keçirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

XQ "AzərEnerji"dən verilən məlumata istinadən xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən "AzərEnerji" və "Azərişıq" ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerjisistemdə həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.

Bildirilir ki, forum çərçivəsində keçirilən ilk tədbirdə "AzərEnerji" tərəfindən hazırlanan "Azərbaycan enerjisisteminin arxitekturası" və "Azərişığ"ın ərsəyə gətirdiyi "Şəbəkə memarlığı" kitablarının təqdimatı olub. Təqdim olunan nəşrlərdə ölkənin enerji sisteminin formalaşması, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.

Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli "Xankəndi" və "Ağ şəhər" yarımstansiyalarının maketləri, həmçinin enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər də təqdim edilib. Sərgidə nümayiş olunan layihələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

N.Adilqızı
XQ

Sosial həyat