Türkiyədə Atatürkü Anma Günü, Gənclik və İdman Bayramı qeyd olunur

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Bu gün Türkiyədə Atatürkü Anma Günü, Gənclik və İdman Bayramı qeyd olunur. 

19 may 1919-cu ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Samsun şəhərində gənclərə müraciət edərək ölkə ərazisinin bir hissəsini ələ keçirən işğalçılara qarşı mübarizə aparmaq üçün səfərbərlik elan edib. Bu müraciət Türkiyə Cümhuriyyətinin qurulmasını qeyd edən milli azadlıq müharibəsinin başlanğıcı kimi tarixə düşüb. 

Daha sonra bu gün həm də Gənclər Günü adlandırılıb.

Bu gün Türkiyənin hər yerində və ölkənin xaricdəki diplomatik nümayəndəliklərində bayram tədbirləri təşkil olunur.

P.ƏMİRCANOV
XQ

 



Dünya