Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Xarici İşlər Nazirliyi 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə Türkiyə xalqını təbrik edib.
XQ xəbər verir ki, bu barədə “X” hesabında paylaşım edilib.
“19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə qardaş Türkiyə xalqını səmimi-qəlbdən təbrik edir, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsini dərin ehtiramla yad edirik.Qardaş Türkiyənin müstəqilliyi və rifahı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmətlə anır, onlara Allahdan rəhmət diləyirik.


