Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatının bağlanış mərasimi keçirilib.
Mərasimdə türkdilli ölkələr arasında kişi və qadın komandaların çempionatı, eləcə də 16 yaşadək yeniyetmələrin olimpiadasının yekun nəticəsi açıqlanıb.
Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, şahmatçılarımız yarışı 2 qızıl və 1 bürünc medalla başa vurublar.
Mükafatlandırma mərasimində həm də löhvələr üzrə yüksək nəticə göstərən şahmatçılar elan olunub. Təmsilçilərimizdən Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Xaqan Əhməd, Paşam Əlizadə, Murad İbrahimli qızıl, Əhməd Əhmədzadə gümüş, Misrətdin İskəndərov və Şiroğlan Talıbov isə bürünc medala layiq görülüblər.
Qabil YUSİFOĞLU
XQ

