Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qırğızıstan Prezidenti Sadır Japarov 3 iyun 2026-cı ildə Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçkilərindən əvvəl dövlət başçılarına müraciət edib. O, Qırğızıstanın namizədliyini dəstəkləmələrini istəyib.
Məlumatı “Anadolu” verib.
Japarov dünyada gərginliyin artdığını, müharibələrin davam etdiyini və beynəlxalq sistemin müxtəlif ölkələrin daha ədalətli təmsilçiliyinə ehtiyac duyduğunu bildirib: “Bu şərtlər altında BMT üzv dövlətlərinin Təhlükəsizlik Şurasında inklüziv və ədalətli təmsilçiliyi və bütün beynəlxalq ictimaiyyət adından qərar qəbul edən orqan kimi legitimliyini qorumaq qabiliyyəti məsələləri ön plana çıxır”.
O qeyd edib ki, Qırğızıstan, digər 60 dövlət kimi, heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayıb. Bu arada, Qırğızıstanın rəqibi Filippin artıq dörd dəfə bu vəzifəni yerinə yetirib.
Prezidentin sözlərinə görə, Qırğızıstanın seçkilməsi tarixi ədaləti bərpa edəcək və kiçik, inkişaf etməkdə olan və dənizə çıxışı olmayan ölkələrə qlobal təhlükəsizlik məsələlərində daha geniş yer verəcək.
Qırğızıstan lideri qeyd edib ki, seçiləcəyi təqdirdə, “Qırğızıstan Respublikası şurada praqmatik, siyasətdənkənar və davamlı həllərin tərəfdarı kimi çıxış edəcək”.
P.ƏMİRCANOV
XQ

