Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Pakistanda bazarda baş verən partlayış nəticəsində üç nəfər ölüb, dörd nəfər yaralanıb. Hadisə Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan rayonunun paytaxtı Vana şəhərində baş verib.
Xəbəri “Anadolu” verib.
Polisin məlumatına görə, hücum əldəqayırma partlayıcı qurğudan istifadə edilərək həyata keçirilib. Hədəf yerli qəbilə liderinin avtomobili olub.
Cənubi Vəziristan Polis Rəisi Məhəmməd Tahir ölənlər arasında avtomobilinə hücum edilən Əhmədzai qəbiləsinin başçısının da olduğunu bildirib.
Tahir həmçinin hadisə ilə bağlı artıq araşdırma başlandığını bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş vermə səbəblərini müəyyənləşdirir və hücumun təşkilində iştirak edən şəxsləri müəyyən edirlər.
Hazırda heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Əhmədzai qəbiləsi bölgə əhalisinin 60 faizdən çoxunu təşkil edir.
P.ƏMİRCANOV
XQ

