İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sözçüsü İbrahim Zülfüqari bildirib ki, ABŞ-ın Fars körfəzinin cənubundakı hərbi bazaları zərərsizləşdiriləcək. O, həmçinin İran hakimiyyətinin “yeni bir nizam quracağını” vəd edib.
Məlumatı “Fox News” verib.
Zülfüqari deyib: “Son 24 saat ərzində İİKK Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından heç bir gəminin keçməsinə imkan berməyib. Yaxın gələcəkdə Fars körfəzinin cənubundakı bütün Amerika hərbi bazaları ləğv ediləcək”.
Fevralın sonlarında İranın ABŞ və İsrailin zərbələrinə cavab olaraq Hörmüz boğazını bağladığı bildirilir. Blokada qlobal enerji bazarlarına mənfi təsir göstərir: neftin qiyməti bir barel üçün 100 dollar civarında qalır və bir çox ölkələrdə artan yanacaq çatışmazlığı yaşanır. Buna cavab olaraq ABŞ Tehranı gəlirdən məhrum etmək üçün İran limanlarını bağlayır.
P.ƏMİRCANOV
XQ

