Çin XİN Rusiya Prezidenti Vladimir Putinin səfər tarixini açıqlayıb

post-img

Çinin Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixini açıqlayıb.

Nazirlik Rusiya dövlət başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti əsasında mayın 19-20-də Çində səfərdə olacağını bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin Çinə səfəri ABŞ Prezidentinin səfərindən 4 gün sonraya təsadüf edəcək. Beləliklə, Çinin dünyanın iki böyük dövlətinin liderini eyni ayda qonaq etməsi baş verəcək.

Dünya