Rusiya Prezidenti Vladimir Putinin Pekinə bir günlük səfəri mayın 20-nə planlaşdırılıb.
Bu barədə “South China Morning Post” mənbələrə istinadən məlumat verib. Xəbəri “Kaliber.az” yayıb.
Nəşrin məlumatına görə, səfər Moskva ilə Pekin arasında adi əlaqələrin bir hissəsidir, ona görə də Rusiya liderinin gəlişi şərəfinə heç bir rəsmi tədbir və ya parad gözlənilmir.
Nəşr qeyd edib ki, bu, Çinin iki ölkə liderini eyni ayda çoxtərəfli kontekstdən kənar qəbul edəcəyi ilk hal olacaq və Pekinin Rusiya və ABŞ ilə münasibətləri balanslaşdırmaq səylərini vurğulayır.
P.ƏMİRCANOV
XQ

