Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Astanadan Türküstana səfər edib.
Məlumatı “Anadolu” verib.
Mayın 13-də Qazaxıstanın paytaxtına rəsmi səfərə gələn dövlət başçısı ölkədəki təmaslarını davam etdirir. Bir gün əvvəl Türkiyə prezidenti Müstəqillik Sarayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə təkbətək görüş keçirib, daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında iştirak edib.
İki ölkə lideri birgə mətbuat konfransı keçirib və birlikdə Türkiyə-Qazaxıstan Biznes Forumunun bağlanış mərasimində iştirak ediblər.
P.ƏMİRCANOV
XQ

