Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ Prezidenti Donald Tramp Çinə səfərini “son dərəcə uğurlu” adlandıraraq, tərəflərin bir çox məsələləri həll edə bildiyini bildirib.
Çin Mərkəzi Televiziyası Amerika liderinin sözlərini sitat gətirib : “Çjunnanhaya səfər etmək dəvətinə görə Prezident Si Cinpinə çox minnətdaram. Çinə bu səfər son dərəcə uğurlu keçdi, bütün dünyanın diqqətini cəlb etdi və unudulmaz qalacaq. Tərəflər bir sıra vacib konsensuslara gəldilər, çoxsaylı müqavilələr imzaladılar və çoxsaylı məsələləri həll etdilər ki, bu da həm iki ölkəyə, həm də bütün dünyaya böyük fayda gətirəcək”.
Tramp həmçinin bildirib ki, “ABŞ-Çin əlaqələri çox vacibdir və şübhəsiz ki, daha da yaxşılaşacaq”. O, əlavə edib: “Mən Prezident Si Cinpinlə səmimi və dərin ünsiyyətimi davam etdirməyə sadiqəm və onu Vaşinqtonda salamlamağı səbirsizliklə gözləyirəm".
P.ƏMİRCANOV
XQ

