Xankəndi stadionunun avqust-sentyabr ayınadək tam hazır olacağı gözlənilir.
Gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib ki, Xankəndi stadionu ilə bağlı bir az ləngimə oldu. Ötən il Xankəndidə III MDB Oyunlarının oxatma yarışı baş tutdu. Bu səbəbdən bəzi işləri ləngitməli olduq. Bu stadion UEFA standartlarına cavab verəcək. Burada beynəlxalq yarışların keçirilməsini, milli komandamızın da burada bəzi oyunları keçirməsini də istəyirik. Ot örtüyü, paltardəyişmə otaqları, tribunalar hazırdır. Bəzi tamamlama işləri gedir. Bəzi avadanlıqların xaricdən gələcəyi üçün gözləyirik. Ümid edirik ki, avqust-sentyabr ayınadək tam hazır olacaq”.
Qabil YUSİFOĞLU
XQ

