ABŞ Venesueladan bütün zənginləşdirilmiş uranı çıxarıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

ABŞ Dövlət Departamenti Venesueladakı qapalı RV-1 tədqiqat reaktorundan yüksək dərəcədə zənginləşdirilmiş uranın çıxarılmasını başa çatdırdığını açıqlayıb. 

Məlumatı “Kommersant” verib. 

Dövlət Departamentinin açıqlamasına görə, bütün yüksək dərəcədə zənginləşdirilmiş uran Cənubi Karolinadakı Savanna-River sınaq poliqonuna çatdırılıb. Ümumilikdə, ABŞ dünyanın hər yerindən 7340 kq silah dərəcəli nüvə materialını çıxarıb və ya utilizasiya edib.

Əməliyyat Birləşmiş Krallıqla tərəfdaşlıq və Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) texniki dəstəyi ilə həyata keçirilib. Dövlət Departamenti yüksək zənginləşdirilmiş uranın daşınmasının Britaniya tərəfindən həyata keçirildiyini deyib.

RV-1 reaktoru Venesuelada yeganə reaktordur. Əvvəlcə dinc elmi tədqiqatlar üçün tikilmiş və daha sonra tibbi ləvazimatların, qida məhsullarının və digər materialların qamma şüalanması üçün yenidən istifadə edilmişdir.

Mayın 9-da ABŞ Energetika Nazirliyi Venesueladan 13,5 kq uran çıxarıldığını bildirib. Əməliyyat altı həftə davam edib.

P.ƏMİRCANOV
XQ

Dünya