Avropa Talibanla danışıqları gözləyir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Avropa İttifaqı iyun ayında Brüsseldə keçiriləcək danışıqlarda Əfqanıstanın Taliban hökumətinin nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin nümayəndəsi Əbdül Qahar Bəlxinin rəhbərlik edəcəyini gözləyir. 

Məlumatı “Kaliber.az” yayıb. 

Avropa Komissiyası ilk dəfə olaraq Brüsseldə Əfqanıstanın de-fakto hakimiyyətinin nümayəndələri ilə məsləhətləşmələr aparmaq planlarını təsdiqləyib. Mənbələrə görə, görüş sırf texniki xarakter daşıyacaq.

Danışıqlarda Avropa Komissiyasının, Avropa Xarici Fəaliyyət Xidmətinin və ayrı-ayrı Aİ üzv dövlətlərinin nümayəndələrinin iştirakı gözlənilir. Vurğulanır ki, format Taliban hökumətinin siyasi tanınmasını nəzərdə tutmur və əməliyyat məsələlərinə yönəlib.

P.ƏMİRCANOV
XQ

Dünya