Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İranın xarici işlər naziri Abbas Əraqçi Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən BRICS xarici işlər nazirlərinin görüşündə bildirib ki, Tehran heç bir təzyiqə və ya təhdidə boyun əyməyəcək, İranla bağlı heç bir problemin hərbi həlli ola bilməz.
Məlumatı “Anadolu” verib.
İran diplomatiyasının rəhbəri bildirib ki, İran öz azadlığını və ərazi bütövlüyünü müdafiə etmək üçün bütün mövcud vasitələrlə mübarizə aparmağa hazırdır, lakin diplomatiya yoluna sadiq qalmağa və onu müdafiə etməyə davam edəcək.
Əraqçinin sözlərinə görə, Tehran heç bir təzyiqə və ya təhdidə boyun əyməyəcək, əksinə hörmətlə qarşılıq verəcək: “Dəfələrlə dediyim kimi, İranla bağlı heç bir problemin hərbi həlli yoxdur”.
Nazir qeyd edib ki, sülhsevər İran xalqı müharibə istəmir, lakin ölkənin silahlı qüvvələri “xarici təcavüzkarlara sarsıdıcı cavab verməyə həmişə hazırdır”.
P.ƏMİRCANOV
XQ

