Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasında (GSNP) yeni rəhbər heyət seçilib.
XQ xəbər verir ki, Azərbaycan təmsilçisi Fuad Kərimli GSNP-nin Baş katibi vəzifəsinə seçilib. O, əvvəllər də platformanın Katibliyində fəaliyyət göstərib və bu seçki ilə təşkilata növbəti 5 il ərzində rəhbərlik edəcək.
Eyni zamanda regionlar üzrə müavinlər də müəyyənləşib:
Afrika regionu üzrə Mithika Mwenda
Asiya regionu üzrə Bobur Bekmurodov
Latın Amerikası regionu üzrə Luis Gallegos
Sakit okean regionu üzrə Cecile Guidote-Alvarez
Seçkilər Bakı Şəhərsalma Həftəsi çərçivəsində keçirilib və Qlobal Cənub ölkələri arasında QHT əməkdaşlığının gücləndirilməsini hədəfləyir.

