Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi

post-img

Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi baş tutub. Hər iki tərəf 205 əsgəri geri qaytarıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi mayın 15-də məlumat verib.

Xəbəri “İzvestiya.ru” yayıb. 

“15 may tarixində Kiyev rejiminin nəzarətində olan ərazidən 205 rus hərbçisi geri qaytarıldı. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 205 hərbi əsiri təhvil verildi”, - deyə bəyanatda bildirilir.

Agentlik Rusiya hərbçilərinin hazırda Belarusda olduğunu və orada lazımi tibbi və psixoloji yardım aldığını dəqiqləşdirib.

Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Rusiya hərbçilərinin əsirlikdən qaytarılmasında vasitəçi kimi çıxış edib.

Kremlin sözçüsü Dmitri Peskov mayın 14-də Rusiya və Ukraynanın məhbus mübadiləsi ilə bağlı razılığa gəlmək üçün çalışdıqlarını açıqlamışdı.

P.ƏMİRCANOV
XQ

 

Dünya