30 iyun 2026-cı il saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında “Qaradağ” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2025-ci ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında.
2. 2025-ci ilin mühasibat balansı və illik hesabatının təsdiq edilməsi haqqında.
3. 2025-ci ilin mənfəət və zərər hesabatının təsdiq edilməsi, zərərin bölüşdürülməsi haqqında.
Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar bildirişdə göstərilən ünvana müraciət edə bilərlər. Müraciət olunduğu halda həmin materiallarla tanış olmaq üçün onlara lazımi şəraitin yaradılması təmin ediləcəkdir.
İllik ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 330-58-98
Səhmdar Cəmiyyətin Müşahidə şurası

