Avropa çempionatında 2 medal

post-img

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb. İdmançı yarışla bağlı fikirlərini bölüşərkən bildirib ki, Almaniyaya yollanarkən fikrimdə yalnız qızıl medal qazanmaq var idi.

Finalda rəqibim Yay Paralimpiya Oyunlarının qalibi oldu və ona uduzdum. Baxmayaraq ki, qarşılaşma boyunca üstün idim, son anlarda rəqib önə keçdi və qələbə qazandı. Qızıl medalı əldən buraxdığım üçün çox məyus oldum. İnşallah, məqsədim dünya çempionu olmaqdır.

Qeyd edək ki, K44 kateqoriyasında çıxış edən Sabir Zeynalov finalda israilli Asaf Yasura məğlub olub. S.Zeynalovdan başqa, digər Azərbaycan təmsilçisi İmaməddin Xəlilov (70 kq) da Avropa çempionatının gümüş medalına sahib çıxıb.

Qabil YUSİFOĞLU
XQ

İdman