Xədicə Qurbanzadə Avropa ikincisi olub

post-img

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Dördüncü yarış günündə bir güləşçimiz fəxri kürsüyə qalxıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Xədicə Qurbanzadə (49 kq) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub. 

Ötən il MDB Oyunlarında bürünc medal qazanan Xədicə ilk AÇ medalını qazanıb.

Qabil YUSİFOĞLU
XQ

İdman