AFFA “Qəbələ” klubuna 14 500 manat cərimə tətbiq edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib.

XQ xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib.

Azərbaycan Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində “Qəbələ” komandasının 11 nömrəli futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin.

9 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

Azərbaycan Premyer Liqasında XXXI turun “Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar əşya atıldığına görə “Qəbələ” komandası 2000 manat cərimə edilsin.

Azərbaycan Premyer Liqasında XXXI turun “Neftçi” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin.

Bizon Azərbaycan Kubokunda final qarşılaşması olan “Sabah” – “Zirə” oyununda “Zirə” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilsin.
 

İdman