175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi mayın 14-də pəncərədən yıxılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb.
XQ xəbər verir ki, şagirdə ilkin yardım göstərilib və o, müayinə üçün xəstəxanaya çatdırılıb.
Hadisə barədə valideynlər və aidiyyəti qurumlar məlumatlandırılıb.
Faktla bağlı araşdırma aparılır, məsələ nəzarətə götürülüb. Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə də söhbətlər aparılır.
Qurumlar ictimaiyyətdən araşdırmanın nəticələrini gözləməyi və yalnız rəsmi məlumatlara istinad etməyi xahiş ediblər.

