Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Azerbaijan Airlines" (AZAL) İslamabad istiqamətində uçuşların tezliyini artıraraq həftədə 4 dəfəyə çatdırıb.
Bu barədə XQ-yə AZAL-dan bildirilib.
Qeyd olunub ki, yeni reys 16 iyundan başlayaraq həftənin hər çərşənbə axşamı yerinə yetiriləcək.
Biletləri AZAL-ın rəsmi saytından və mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.

