30 iyun 2026-cı il saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə, 507-ci küçə, 9 ünvanında “Azərkimya İstehsal və Xarici İqtisadi Əlaqələr” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2025-ci ilin yekunu üzrə təftiş komissiyası hesabatının təsdiq edilməsi haqqında.
2. 2025-ci ilin mühasibat balansı və illik hesabatının təsdiq edilməsi haqqında.
3. 2025-ci ilin mənfəət və zərər hesabatının təsdiq edilməsi, zərərin bölüşdürülməsi haqqında.
4. Son illərdə Cəmiyyət rentabelli işləmədəyindən Cəmiyyətə məxsus daşınmaz əmlakların satılması məqsədi ilə qiymətləndirilməsi, satılması və satışdan əldə olunan vəsaitin səhmdarlar arasında bölüşdürülməsi haqqında.
5. Cəmiyyətin mülkiyyətində olan daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi özəl olmadığından Əmlak Komitəsi ilə icarə müqavilələrinin bağlanması və yaxud özəlləşdirilməsi (tələb olunan vəsaitin mənbəyi) haqqında.
Yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün səhmdarlar bildirişdə göstərilən ünvana müraciət edə bilərlər. Müraciət olunduğu halda həmin materiallarla tanış olmaq üçün onlara lazımi şəraitin yaradılması təmin ediləcəkdir.
İllik ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 251-67-01
Səhmdar Cəmiyyətin Müşahidə şurası

