Ali təhsil müəssisələrinin nümayəndələri ilə görüş keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Dövlət Miqrasiya Xidmətində Elm və Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin yanında İctimai Şuranın, eləcə də ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair ənənəvi maarifləndirmə tədbiri keçirilib.

DMX-nin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri İsmayıl Abdullayev və digər məsul şəxslərin çıxış etdiyi tədbirdə ali təhsil müəssisələrinin nümayəndələri ilə hər il keçirilən görüşlərin təhsil sahəsində miqrasiya proseslərinin tənzimlənməsi və qarşılıqlı fikir mübadiləsinin aparılması baxımından səmərəli nəticələr verdiyi qeyd olunub. Eyni zamanda, görüşlərin ali təhsil müəssisələri ilə qarşılıqlı dialoqun gücləndirilməsi, əcnəbi tələbələrin qeydiyyata alınması, müvafiq icazələrlə təmin olunması və miqrasiya uçotunun düzgün aparılması, həmçinin bu sahədə mövcud çətinliklərin aradan qaldırılması baxımından əhəmiyyəti vurğulanıb.

XQ xəbər verir ki, görüş zamanı miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər, Yüksəkixtisaslı Miqrant Proqramı və onun portalının imkanları, xüsusilə əcnəbi professor-müəllim heyətinin bu sistemdən istifadəsi ilə bağlı məsələlərə də toxunulub. Bundan başqa, Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət imkanlarından daha geniş istifadə olunması, sənədləşmə işinin səmərəli təşkili, məlumatların dəqiq və dolğun hazırlanması ilə bağlı tövsiyələr verilib. Eyni zamanda yaxın vaxtlarda yaşama icazəsi vəsiqələrinin elektron formatda təqdim edilməsinin planlaşdırıldığı diqqətə çatdırılıb.

Sonra Yüksəkixtisaslı Miqrant Proqramı və Portalının funksionallığı, müraciət qaydaları barədə təqdimat olub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









Sosial həyat